Goranboyda göy satışı sahəsində alıcı üstündə DAVA DÜŞDÜ

Hazırda oxunan: Goranboyda göy satışı sahəsində alıcı üstündə DAVA DÜŞDÜ

242909

Goranboyda sahədə kəndlilər arasında mübahisə sonda dava ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoylu kəndində göy satılan sahədə baş verib.
 

Dava zamanı 2002-ci il təvəllüdlü Yunus Qasımov döyülərək, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.


İlkin ehtimallara görə, Y. Qasımova hücum zamanı “beşbarmaq” adlanan alətdən istifadə olunub.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin