“Azərbaycanda istifadə olunan bütün vaksinlərin hamısı iki dozalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda xaricə gedənlərdən COVID testi tələb edilməyəcək
O bildirib ki, 28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir:
“Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar. Yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər”.
Bizim.Media