Qax rayon ərazisində, Qanıx çay vadisində yeni Milli Parkın təşkili istiqamətində işlər davam etdirilir.
Bu barədə Bizim.Media-nın yerli bürosuna İlisu Dövlət Təbiət Qoruğunun direktoru Azərçin Muradov məlumat verib.
“YOL - həyat, ömür, rifat, mədəniyyət, zərurət, əlaqə, inteqrasiya, inkişaf, mühafizə, yüksəliş, yardım, hekayə, başlanğıc, gələcək və sondur!” deyən Azərçin Muradov bildirib ki, yeni Milli Parkın salınması stiqamətində işlər sürətlə davam etdirilir.
İlk növbədə yollarla bağlı ortaya çıxan zəruri işlər icra olunur. Son günlər ərazində Acınohurdan “Axar-Baxar” istiqamətində quruçay keçidlərinə 5 plastik, Axar-baxar istiqamətində yeni çəkilmiş yolun üzərində isə zəruri olan yerlərdə 6 azbest və 1 metal borular salınaraq hərəkətin intensivliyi və təhlükəsizliyi daha da yaxşılaşdırılıb.
Bununla yanaşı Milli Parkın ərazisində yeni salınmış mədəni meşə əkinləri (Dendro-park) istiqamətinə işlər aparılıb.
Eyni zamanda Qanıx (Alazan) çayından su vurmaq üçün, 250 m su borusu xəttinin çəkilməsi üçün xəndək qazılıb.
“Axar-Baxar” Milli Parkını Mars planetinə bənzədən Azərçin Muradovun ərazidən çəkdiyi fotoları təqdim edirik.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu