Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – HƏBS OLUNA BİLƏR

Hazırda oxunan: Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – HƏBS OLUNA BİLƏR

24250

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə yazar Kəramət Böyükçöl arasında məhkəmə çəkişməsi davam edir.

Növbəti məhkəmə iclası Nizami Rayon Məhkəməsində hakim Ülkər Yusifovanın sədrliyi ilə sabah saat 16:20-də keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə QHT rəhbəri Mehriban Zeynalova “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Kəramət Böyükçölü bir neçə ay əvvəl haqqında təhqiredici yazı yazıdığına görə məhkəməyə verib.
 

MÖVZU İLƏ BAĞLI:

Kəramətdən müxalifətə və deputatlara SƏRT SÖZLƏR


Dəfələrlə Nizami Rayon Məhkəməsi tərəfindən Kəramət Böyükçölə bildiriş göndərilsə də, şəxs məhkəməyə gəlməyib və özünü xəbərsiz kimi aparıb:

“Nizami Rayon Məhkəməsi hüququ prosedurlara uyğun olaraq prosesi bir necə dəfə uzadıb. Sonuncu məhkəmə günü, şəxsin hansısa tanışı məhkəməyə gələrək, qanunsuz olaraq iddia ərizəsini sistemdən çıxarıb. Amma kim olduğu barədə imza atmayıb”.

Xatırladaq ki, yazıçı-jurnalist Kəramət Böyükçöl bir neçə ay əvvəl “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanı ailəsinin dağılmasında ittiham və təhqir edib.

Yazıçı Kəramət Böyükçöl isə hazırda xstəxanada yatır. Qara ciyərindən əziyyət çəkən yazarın səhhəti qənaətbəxş hesab olunmur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin