“Mən müharibəni dayandıracaqdım...” – Sabiq Baş Qərargah rəisi 

Hazırda oxunan: “Mən müharibəni dayandıracaqdım...” – Sabiq Baş Qərargah rəisi 

24230

“Müharibədən bir ay əvvəl Ermənistana gəldim, müdafiə naziri David Tonoyanla görüşmək istədim və tezliklə müharibə olacağını və tədbir görülməsinin lazım olduğunu söylədim. Və mənə dedilər: "Sabah iclas var, səninlə görüşə bilməyəcəyəm”. Əclaf”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants NEWS.am saytına verdiyi müsahibəsində  bildirib. "Yoldaşlarımla mən erməni xalqının təhlükəsizliyini və ləyaqətini qoruyan bir ordu yaratdıq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın güc mövqeyi və Ermənistanın intihar cəhdi - “Paşinyan hakimiyyətdən gedərsə...” 


Lakin o, veteranlarla görüşmədi. Keçmiş bölmə rəislərini toplaya bilərdi. Əclaf. Mən parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının rəhbəri Andranik Köçəryana dedim:

“Siz nə edirsiniz? Ali baş komandanınız müharibədən əvvəl hərbi generalları qovur. Mən ona deyirəm ki, tezliklə müharibə olacaq və Nikol Paşinyan peşəkar zabitləri vəzifələrindən uzaqlaşdırır.

Heç kimin hərbi-siyasi vəziyyətdən xəbəri yox idi? Səlahiyyətlilər mənə cavab verdilər: "Nə müharibə? Sən nə danışırsan?". Deyirəm: "Müharibənin qoxusunu almırsınız?". Əgər o zaman Tonoyanla görüşsəydim, müharibə olmazdı. Tonoyan hər şeyi səhv etdi”. 

Norat Ter-Qriqoryants onu da qeyd edib ki, Ermənistanın tək müttəfiqi Rusiyadır, ətrafdakılar düşməndir: 

“Bakı Ermənistanın yenilənmədiyini, təchiz edilmədiyini görür, bu səbəbdən hər şeyi müharibəsiz ələ keçirtmək istəyir. Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələn kimi İlham Əliyev Zəngəzur mənimdir, Göyçə mənimdir, İrəvan mənimdir” dedi.
O, zəmin hazırlayır. Ermənistanın BMT Təhlükəsizlik Şurasına etiraz şəklində bir diplomatik reaksiyası yoxdur”.

Onun sözlərinə görə, keçmiş SSRİ ölkələrinin sərhədləri bolşeviklər tərəfindən çəkilib:
“İndi müharibə ərazilər uğrunda gedir, Nikol Paşinyanın nümayəndəsi isə sərhədlərdə danışıqlar aparır. Bu barədə bir şey başa düşürmü? 

Bolşeviklərin dövründə imzalanan sənədlərdəki antierməni müddəalarının denonsasiyasına nail olmaq üçün çalışmalıyıq. Bugünkü danışıqlar Rusiyanın iştirakı ilə ölkələrin prezidentləri səviyyəsində aparılmalıdır”, deyə general vurğulayıb.

Onun fikrincə, Rusiya ilə müttəfiqlik münasibətləri qurmaq lazımdır:

“Müharibəni kim dayandırdı? Putin olmasaydı və rus qoşunları gətirilməsəydi, çox sayda itki olardı. Yeni doktrina, yeni konsepsiya, yeni siyasət yaratmaq lazımdır, ordunu yeni silahlarla təchiz etmək lazımdır”.

O, həmçinin Ermənistandakı xaosdan istifadə edən azərbaycanlıların irəlilədiyini, ancaq ordunun heç bir tədbir görmədiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin