“Qolları amputasiya olunan qazilərə yüksək texnologiyalı protezlər veriləcək”

Hazırda oxunan: “Qolları amputasiya olunan qazilərə yüksək texnologiyalı protezlər veriləcək”

24227

"Postmüharibə dövründə sosial dəstək tədbirləri şəhid ailəsi üzvləri, Vətən müharibəsi qaziləri və yaxınlarından ibarət artıq 23 mindən çox şəxsi əhatə edib. Bu tədbirlərdən biri də Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlə təminatıdır. Artıq 25 qazi yüksək texnologiyalı protezlə təmin edilib, daha 50 qazinin də protezlərlə təminatı prosesi yekunlaşır".

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin kollegiya iclasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahil Babayev Ekologiya və Təbii Sərvətlər nazirinə səsləndi: “Bizə qoşulsun”


Nazir qeyd edib ki, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər aparılır. İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri də dəvət olunmaqla, onlarla birgə bu kateqoriyadan olan 32 qazimizdən müvafiq ölçülər artıq götürülüb.

Yaxın vaxtlarda onlar da yüksək texnologiyalı protezlərlə təmin olunacaq. Hərbi həkim komissiyaları tərəfindən təqdim edilmiş şəhadətnamələr əsasında Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi işləri də davam edir.

Şəhadətləndirilmiş 600-dən çox qaziyə əlillik təyinatı aparılaraq sosial ödənişlər təyin olunub. Həmçinin reabilitasiya mərkəzlərində qazilərin sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.

S.Babayev bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin