Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni köprünün tikilməsi ilə bağlı protokol imzalayıb.
Bizim.Media Nazirlər Kabinetinin saytına istinadla xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami arasında keçirilən görüşün yekununda Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ən uzun asma körpü inşa edilir - VİDEO
Bildirilib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.
Bizim.Media