“Toxum monopoliyası”nın İŞİ BİTDİ – Azərbaycan alimləri prosesi DAYANDIRDI

Hazırda oxunan: “Toxum monopoliyası”nın İŞİ BİTDİ – Azərbaycan alimləri prosesi DAYANDIRDI

24175

Azərbaycanda "Murovdağ" kartof sortunun yetişdirilməsinə başlanılıb. Yeni ixtira olunan kartof sortuna Azərbaycan Ordusunun qələbəsi şərəfinə "Murovdağ" zirvəsinin adı verilib. Adıçəkilən kartof sortu məhsuldarlığı ilə seçilir. 

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutundan verilən açıqlamaya görə, “Murovdağ” digər kartof sortlarından fərqli olaraq oval formadadır və daha böyükdür. O, həm quraqlıq, həm də suvarma şəraitində becərilir. Dəmyə şəraitində hektara 25 ton, suvarma sahəsində əkiləndə isə 35-50 ton məhsul vermək gücünə malikdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda "Murovdağ" adlı yeni kartof sortu yaradıldı


Yeni kartof sortunun artıq dequstasiyası keçirilib, hələlik istixana şəraitində əkilməsi nəzərdə tutulub. 

Bəs, sözügedən İnstitutun daha hansı ixtiraları var, hansı kənd təssərrüfatı məhsullarında yeni növlərlə rastlaşa bilərik? 

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Ramil Nəbiyev Bizim.Media-ya açıqlamasında öncə bildirib ki, bir neçə ilə “Murovdağ”  kartof sortunun rayonlaşmasına (istehsalına) başlanılacaq.

Onun sözlərinə İnstitutun mandatına bitgiçiliyin üç əsas sahəsi - kartof, bostan və tərəvəzçilik sahəsi aiddir: 

“Elmi Tədqiqat İnstitutu bu məhsulların yerli şəraitə uyğun, məhsuldar, keyfiyyətli, saxlanmaya, daşınmaya davamlı olan sort və hibritlərinin yaradılması funksiyasını həyata keçirir, yaradılmış sortları fermerlərə tövsiyyə edir. Təkcə 2019-cu ildə kartofun 4 sortu rayonlaşmaq üçün  Aqrar Xidmətlər Agentliyinə təqdim olunub, daha bir neçə sortun da yaxın zamanlarda rayonlaşma üçün Agentliyə təqdim olunması nəzərdə tutulur. “Vətən” sortumuz var ki, Şimal-Qərb bölgəsində - Xaçmazda, Qubada geniş becərilir. O cümlədən Lənkəranda becərilən sortlarımız var”.

Sortların adlandırılmasına gəlincə, Ramil Nəbiyev deyib ki, adlar Elmi Şurada təsdiqini tapır: 

“Şurada sənədlərə baxılır, təsdiq olunur, sonra Agentliyə təqdim olunur, sortlar 2-3 il sınaqdan keçirilir, sonradan isə rayonlaşır – yəni dövlət reysterində seleksiya nailiyyəti kimi qeydə alınır”. 

Ramil Nəbiyevin sözlərinə görə, bundan başqa İnstitutun elmi tədqiqat istiqaməti toxumçuluqdur. İnstitut toxumçuluqda idxaldan asılılığın azaldılması istiqamətində çalışır: 

“Çalışırıq ki, fermerləri yerli toxumlarla təmin edək ki, valyuta ölkədən çıxmasın. Xaricdən gətirilən toxumlar risklidir – keyfiyyətsiz ola, yerli şəraitə uyğunlaşmaya bilər, Amma institut tərəfindən yaradılan sortlar məhsula qarantdır”. 

Elmi katibin sözlərinə görə, İnstitutda bununlarla yanaşı köməkçi tədqiqat işləri aparılır – bitgi mühafizə tədbirləri, xəstəlik və zərərericilərə qarşı mübarizə üsulları işlənilir.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin