Sabah ilin ilk Günəş tutulması baş verəcək

Hazırda oxunan: Sabah ilin ilk Günəş tutulması baş verəcək

24174

İyunun 10-da cari ilin ilk Günəş tutulması hadisəsi baş verəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə  Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq. 

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq. 

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin