Əlillərə 18 minə yaxın reablitasiya vasitəsi verilib – Nazirlik

Hazırda oxunan: Əlillərə 18 minə yaxın reablitasiya vasitəsi verilib – Nazirlik

24169

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxsləri 500-ə yaxın təkərli oturacaqla təmin edib. 

Bizim.Media xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin kateqoriyadan olan şəxslərə, həmçinin 544 aşağı və yuxarı ətraf, süd vəzi protezi, 473 aşağı və yuxarı ətraf ortezi, 5812 müxtəlif reabilitasiya vasitəsi, 59 bel və boyun nahiyəsi üçün korset verilib.

Eləcə də, 643 cüt protez ayaqqabı, 1042 cüt ortopedik ayaqqabı, 1061 qoltuqaltı və dirsəkaltı ağac, 1016 ədəd əsa və s. təqdim olunub. 

Ümumilikdə son beş ayda 4919 nəfər əlilliyi olan şəxs (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan 771 şəxs) 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin