Günəşdə yüksək dərəcəli güclü alışmalar qeydə alınıb.
Bizim.Media “Report”a istinadla xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.
“Martın 30-da Moskva vaxtı ilə saat 00:38-də (Bakı vaxtı ilə 01:38) rentgen diapazonunda 33 dəqiqə davam edən M1.4 (S14E82) alışma qeydə alınıb”- məlumatda deyilir.
Mütəxəssislər həmçinin “M” sinifli dörd alışma (М1.4, М1.5, М1.6 и М1.9) qeydə alıblar.
Günəş alışmaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.
Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
03:44 / 31.03.2025
Günəşdə güclü alışmalar qeydə alındı
Hazırda oxunan: Günəşdə güclü alışmalar qeydə alındı
Hazırda oxunan: Günəşdə güclü alışmalar qeydə alındı
241644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.