Gümrüdə 102 saylı hərbi hissədə həyəcan siqnalı

Hazırda oxunan: Gümrüdə 102 saylı hərbi hissədə həyəcan siqnalı

2409

Gümrüdə yerləşən 102 saylı Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi bazasının əsgərlərinə və onların ailələrinə qarşı törədilə bilinəcək təxribatların qarşısını almaq üçün Hərbi hissənin ərazisi tam hazırlıq vəziyətinə gətirilib.

Bizim.Media xəbər verir ki, bazanın ərtaf dairəsi mühasirəyə götürülüb. Ağır texnika, zirehli personal daşıyıcıları, zenit silahları hərbi bazanın perimetr boyunca yerləşdirilib. Hərbi hissəyə gedən yollarda beton maneələr qoyulub.

Xatırladaq ki, sabah İrəvanda 17 siyasi partiyanın  iştirakı ilə mitinq keçiriləcək. İrəvanın Azadlıq meydanında keçirilməsi planlaşdırılan mitinqdə müxalifət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağla bağlı imzaladıqları bəyanatdan imtina edilməsini və Paşinyanın istefasını tələb edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin