Telman İsmayılovun qardaşı oğluna 2 aylıq həbs verildi

Hazırda oxunan: Telman İsmayılovun qardaşı oğluna 2 aylıq həbs verildi

240814

Moskvanın Basmannı rayon məhkəməsi azərbaycanlı milyarder, keçmiş “Çerkizov” bazarının sabiq rəhbəri Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdavov barədə iki ay həbs qətimkan tədbiri seçib.O, rusiyalı müğənni Avraam Russonun oğurlanması və döyülməsində şübhəli bilinir.

xa0

Müstəntiq məhkəmədə bildirib ki, Mərdanovun cinayət hadisəsi ilə əlaqəsi toplanmış dəlillər, şahidlərin ifadəsi və ekspertiza rəyinə əsasən təsdiqlənib.

xa0

Onun sözlərinə görə, əslən Bakıdan olan, Rusiya vətəndaşı Zaur Mərdanov günahını boynuna almayıb: “Mən heç bir cinayət törətməmişəm, buna etiraz edirəm. Avraam Russo 14 il keçəndən sonra ayılıb? Bəs indiyə qədər harada idi?”.

xa0

“Praqa” restoranının keçmiş baş direktoru Z. Mərdanovun vəkilləri isə ittihamları qanunsuz və əsassız hesab etdiklərini bildiriblər.

xa0

Qeyd edək ki, ötən gün məhkəmə T. İsmayılovun sürücüsü Vladimir Qusakovu da 2 ay müddətinə azadlıqdan məhrum edib.(Modern.azxa0)

xa0

Xatırladaq ki, Avraam Russo bir neçə gün öncə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, onu 2004-cü ildə biznesmen Telman İsmayılovun sifarişinə əsasən oğurlayıb və döyüblər. İstintaq Komitəsi sentyabrın 17-də Russonun döyülməsi və oğurlanması ilə bağlı cinayət işinə başlayıb. Elə həmin gün bu işdə şübhəli bilinənlərdən biri- Zaur Mərdanov saxlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin