Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb.xa0R.Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi təyin olunub.
Moderator.az xəbər verir ki, R.Mahmudovxa0Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.
xa0
Rəşad Mahmudov 18 yanvar 1974-cü ildəxa0Astara rayonundaxa0anadan olub. 1980-1991-ci illərdəxa0Astara rayonundakıxa0Səməd Vurğunxa0adına orta məktəbi bitirib.
1991-1997-ci illərdəxa0Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb.
1997-2003-cü illərdəxa0Türkiyə Respublikasındakıxa0Ege Universitetininxa0ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib.
2003-cü ildəxa0Türkiyə Respublikasındakıxa0Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib.
2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi, 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
2015-ci ilxa0Azərbaycan Respublikası Milli Məclisinə (V çağırış) seçkilərdəxa0Yeni Azərbaycan Partiyasındanxa0namizədliyi irəli sürərək, 77 saylıxa0Astaraxa0seçki dairəsindən deputat seçilib.xa0
xa0
R.Mahmudov bu yaxınlaradək - 2018-ci ilin may ayınadəkxa0Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinin rəhəbəri olub. Daha əvvəllər isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışıb.































































































