İnsult olanların NƏZƏRİNƏ: Hərəkətin tam bərpası üçün dərman yaradıldı

Hazırda oxunan: İnsult olanların NƏZƏRİNƏ: Hərəkətin tam bərpası üçün dərman yaradıldı

240618

Los-Ancelesin Kaliforniya Universitetinin amerikalı alimləri insultdan sonra hərəkət funksiyalarını tamamilə bərpa edə bilən vasitə hazırlayıblar. DDL-920 adlı maddə siçanlar üzərində uğurla sınaqdan keçirilib.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.

İnsult böyüklərdə əlilliyin əsas səbəblərindən biridir. Əksər xəstələr tam sağalmır və fiziki reabilitasiya effektiv olsa da, xeyli səy və vaxt tələb edir.

Bu gün reabilitasiyanın təsirini əvəz edə və ya gücləndirə biləcək heç bir dərman yoxdur.

Tədqiqatçılar insultdan sonra fiziki reabilitasiyanın beyinə necə təsir etdiyini araşdırıblar. Onlar iflicin neyronlar, xüsusən parvalbumin neyronları adlanan hüceyrələr arasındakı əlaqələri pozduğunu aşkar ediblər. Bu neyronlar hərəkət üçün lazım olan neyron şəbəkələrini koordinasiya edən beyin ritmlərini yaratmaqda məsuldur.

Fiziki reabilitasiya qamma salınımlarını və itirilmiş neyron əlaqələrini bərpa edir. Alimlər bu təsiri təqlid edə biləcək dərman tapmaq qərarına gəliblər.
 

Komanda parvalbumin neyronlarını stimullaşdıran iki dərmanı sınaqdan keçirib. Onlardan biri, laboratoriyada hazırlanmış DDL-920, insultdan sonra siçanlarda hərəkət funksiyasının əhəmiyyətli dərəcədə bərpasını göstərib.


Siçan modellərindəki nəticələr ümidverici olsa da, insanlarda DDL-920-nin təhlükəsizliyini və effektivliyini təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var. Alimlər dərmanı və onun klinik praktikada potensial istifadəsini öyrənməyə davam etməyi planlaşdırırlar. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin