DİN-in polkovniki qəfil VƏFAT ETDİ

Hazırda oxunan: DİN-in polkovniki qəfil VƏFAT ETDİ

240606

Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı, təqaüdə olan polis polkovniki Şəhriyar Cəfərov 58 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə teleqraf-a onun yaxınları məlumat verib.

Ş.Cəfərov ürəyində yaranan trombdan qəfil dünyasını dəyişib. Əvvəllər onun səhhətində heç bir problem olmayıb.

Mərhum Sumqayıt şəhər qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Şəhriyar Əliş oğlu Cəfərov 1968-ci il martın 7-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Tatarlı kəndindəndir.

O, 20 ildən çox daxili işlər orqanlarında çalıb. Bir ay əvvəl təqaüdə çıxıb.

Ş.Cəfərovun iki övladı var. Biri Azərbaycan Tibb Universitetini bitirib. Digər isə ADA Universitetində təhsil alır.

Ş.Cəfərovun atası Əliş Cəfərov vaxtilə Sumqayıt Boru-Prokat Zavodunun direktoru işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin