Martın 17-si yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatmasına baxmayaraq, onlardan cavab ala bilmirlər.
Sosial şəbəkədə istifadəçilərdən biri paylaşımında bildirib ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqlarını deyib.
"Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb", - deyə paylaşımı edən şəxs qeyd edib.
Məlumata görə, evdən çıxıb geri qayıtmayan qızlardan birinin anası müğənnidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları evləri tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub:
"Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:45 / 22.03.2025
Müğənninin qızı evdən QAÇDI: Gənc oğlan onun müştəriyə göndərilməsi barədə anasına səs atıb
Hazırda oxunan: Müğənninin qızı evdən QAÇDI: Gənc oğlan onun müştəriyə göndərilməsi barədə anasına səs atıb
Hazırda oxunan: Müğənninin qızı evdən QAÇDI: Gənc oğlan onun müştəriyə göndərilməsi barədə anasına səs atıb
240567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.