Tovuzda evə qonaq gələn kişi qaz sızması nəticəsində yanıq xəsarətləri alıb.
Bizim. Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində baş verib.
2002-ci il təvəllüdlü N.Yusifov hamam otağında qızdırıcı cihazı yandırmaq istəyərkən, sızan qazın partlaması səbəbindən termiki yanıq xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Xəstəxanadan bildirilib ki, Yusifova bədənin müxtəlif nahiyələrinin 2-3 cü dərəcəli termiki yanıq diaqnozu qoyulub.
N.Yusifov tanışı Tatarlı kənd sakini 1993-cü il təvəllüdlü T. Ocaqcerdiyevin evində qonaq olarkən bu hadisə baş verib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:25 / 22.03.2025
23 yaşlı gənc qonaq getdiyi evdə yanıq xəsarətləri aldı
Hazırda oxunan: 23 yaşlı gənc qonaq getdiyi evdə yanıq xəsarətləri aldı
Hazırda oxunan: 23 yaşlı gənc qonaq getdiyi evdə yanıq xəsarətləri aldı
240549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.