Martın 21-də Gəncədə qaz balonu partlayışı nəticəsində yaralanan ana və oğlu evə buraxılıb.
TƏBİB-dən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, partlayışda zərərçəkən iki nəfər 21.03.2025-ci il tarixində saat 17:30 radələrində (kişi və qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Pasiyentlərə üz nahiyəsinin yüngül yanıq diaqnozları təyin olunub. Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:26 / 22.03.2025
Gəncədə partlayışda xəsarət alanların SON DURUMU
Hazırda oxunan: Gəncədə partlayışda xəsarət alanların SON DURUMU
Hazırda oxunan: Gəncədə partlayışda xəsarət alanların SON DURUMU
240533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.