Saçların erkən yaşda ağarmasının bir çox səbəbi ola bilər. Bunlara irsi və psixoloji səbəblər, bəzi xəstəliklər, vitamin çatışmazlığı, havanın çirklənməsi və siqaret tüstüsünə məruz qalmaq aid edilir.
Bizim.Media “EnSonHaber”ə istinadən həmin səbəbləri ətraflı qeyd edib.
İlk olaraq, ailədə saçları vaxtından əvvəl ağarmış şəxslər varsa, bu vəziyyət genetik ola bilər. Buna görə də ananızın və ya atanızın saçları gənc yaşda boz rəngə çevrilərsə, oxşar vəziyyətlə qarşılaşa bilərsiniz.
Saçın tez ağarmasına stress və psixoloji faktorlar da təsir edir.
Belə ki, güclü stress bədənin oksidləşdirici stress səviyyəsini artıraraq melanin istehsalını azalda bilər.
Həmçinin, uzunmüddətli emosional sıxıntı da bu təsirlərin sırasına daxildir.
Qeyd edilən səbəblərə vitamin və mineral çatışmazlıqları da aiddir.
-Vitamin B12 çatışmazlığı:
Bu, melanin istehsalına təsir göstərərək saçların ağarmasına səbəb ola bilər.
-Sink və dəmir çatışmazlığı:
Saçların piqmentasiyasını təmin edən fermentlərin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Həmçinin, vitiliqo və ya alopesiya kimi xəstəliklər saçların ağarmasını sürətləndirə bilər. Qalxanabənzər vəzlə bağlı problemlər (hipotiroidizm və ya hipertiroidizm) və siqaret çəkmək saçın vaxtından əvvəl ağarmasına səbəb olur.
Çünki siqaret oksidləşdirici stressi artıraraq saç follikullarını zədələyir.
Qeyd edək ki , tərkibində ağır kimyəvi maddələr olan saç məhsulları saç follikullarına zərər verə bilər və ağarmanı sürətləndirə bilər.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:02 / 22.03.2025
Saçları tez ağardan SƏBƏBLƏR
Hazırda oxunan: Saçları tez ağardan SƏBƏBLƏR
Hazırda oxunan: Saçları tez ağardan SƏBƏBLƏR
240523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.