Gəncədə küçədə bıçaq xəsarətləri alan 31 yaşlı Kəlbəcər sakininin vəziyyəti haqqında açıqlama verilib.
Bizim.Media-nın yerli bürosu TƏBİB-ə istinadən xəbər verir ki, 22.03.2025-ci il tarixində saat 02:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə 31 yaşlı kişi küçədə bıçaqlandı
Pasiyentə qarnın ön divarının daxilə keçən kəsilmiş, deşilmiş və sağ əlin 4-cü barmağının kəsilmiş yarası diaqnozları təyin olunub:
“Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır” deyə rəsmi məlumatda bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu