Motosiklet sürücüsü HƏBS OLUNDU - SƏBƏB

Hazırda oxunan: Motosiklet sürücüsü HƏBS OLUNDU - SƏBƏB

240514

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib.

Bizim.Media xəbər verir k, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
 

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, dövlət qeydiyyat nişansız və səkidə piyadaların hərəkətinə maneə yaradan "Minsk" markalı nəqliyyat vasitəsinin sürücüsü Surac İbrahimov saxlanılıb.


Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.İbrahimovun narkotik vasitə qəbul etməsi də aşkarlanıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.İbrahimov qırx beş gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin