Naxçıvan şəhərində su xəttində qəza vəziyyəti yaranıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan Su-kanal İdarəsindən AZƏRTAC-a bildirilib ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.
Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazlərin müəyyən ünvanlarına suyun verilməsində fasilələr yaranıb.
Xətdə bərpa işlərinin gün ərzində yekunlaşdırılması və içməli suyun verilişinin bərpası nəzərdə tutulub. Hazırda Naxçıvan Su-kanal İdarəsinin əməkdaşları ərazidə qazıntı işləri həyata keçirir.
Bizim.Media