Prezident 5 sərəncam imzaladı: 12 milyon manat ayrıldı

Hazırda oxunan: Prezident 5 sərəncam imzaladı: 12 milyon manat ayrıldı

240503

Prezident İlham Əliyev 5 sərəncam imzalayıb.


Qaynarinfo xəbər verir ki, dövlət başçısı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayırıb.


Prezident Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Masallı Rayon İcra Hakimiyyətinə 3, rayonda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayırıb.


İlham Əliyev daha iki sərəncamı Biləsuvarla bağlı imzalayıb. Dövlət başçısı Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün rayon İcra Hakimiyyətinə 3, Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin