Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt – Astara avtomobil yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Qardili kənd sakini 1984-cü il təvəllüdlü Nuriyev soyadlı şəxsi yolu keçən zaman avtomobil vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (Report)
Bizim.Media