Qar uçqununa düşən əsgərlərdən biri yaxın günlərdə TƏRXİS OLACAQDI

Hazırda oxunan: Qar uçqununa düşən əsgərlərdən biri yaxın günlərdə TƏRXİS OLACAQDI

240476

Xəbər verdiyimiz kimi martın 19-da Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçularından Rüstəm Həmidovun Bərdə rayonu, Əli İmanovun isə Sabirabad rayon sakinləri olması məlum olub.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Bərdədən olan hərbçimiz Rüstəm Həmidovun aprel ayında hərbi xidmətdən tərxis olunmasına sayılı günlər qalmışdı.

Mərhum aprel ayında hərbi qulluğu başa vurub evinə dönəcəkdi.

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdi.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin