Körpəni tək qoyan ana DANIŞDI: “Yalan söhbətdir, uşağı yedirib-içirib çıxmışam” - VİDEO

Hazırda oxunan: Körpəni tək qoyan ana DANIŞDI: “Yalan söhbətdir, uşağı yedirib-içirib çıxmışam” - VİDEO

240471

Xəbər verdiyimiz kimi, Tovuzda uzun müddət evdə tək qalan körpə aşkarlanıb.

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, hadisə körpənin anası - Göygöl rayon sakini 39 yaşlı Aygün Qədimovanın kirayə qaldığı mənzildə qeydə alınıb.

“Mən işləmirəm, evdə oluram. Ayın 17-si saat 11-dən sonra evdən çıxmışam. Axşam saatlarında zəng gəldi ki, xəstəxanadadır. Şəklini çəkib atmışdılar. Uşağı yedirdib-içirib elə çıxmışam evdən. Ev sahibi evdə olub. İddiaları qəbul etmirəm, 4 gün deyil. Kim nə deyirsə, yalan söhbətdir. Yoldaşımla rəsmi nikahım yoxdur. Başqa nikahdan iki qızım var, bu, oğlandır.

Qızlarım Göygöldə bibimgilin yanındadır”, - Aygün Qədimova deyib.

Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımov isə bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayon ərazisindəki mənzillərdən birində azyaşlı uşağın uzun müddət valideyn nəzarətindən kənarda və qapalı qapı arxasında qalması barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları həmin ünvanı müəyyənləşdirib və baxış keçirib. Bu zaman 1 yaş 2 aylıq körpənin gün ərzində uzun müddət valideyn nəzarətindən kənarda qalması müəyyən olunub. Polis əməkdaşları həmin körpəni dərhal ixtisaslaşmış xəstəxanaya aparıb. Müayinə zamanı onun hər hansı həyati təhlükəsinin olmadığı müəyyən edilib. Uşağın anası müəyyən olunub. Hazırda araşdırmalar davam etdirilir”.

Ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin