Lənkəran Dövlət Universitetində 4 yeni laboratoriya fəaliyyətə başladı - FOTOLAR

Hazırda oxunan: Lənkəran Dövlət Universitetində 4 yeni laboratoriya fəaliyyətə başladı - FOTOLAR

240436
Lənkəran Dövlətxa0 Universitetixa0 (LDU)xa0 yeni-2018-2019-cuxa0 tədrisxa0 ilinə ürəkaçan yeniliklərlə qədəm qoyub.xa0 Kadr hazırlığı aparılan baytarlıq, qida mühəndisliyi, turizm və otelçilik, aqrokimya və torpaqşünaslıq, aqronomluq, meşəçilik, ekologiya və s. ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, maddi-texniki və tədris bazasını gücləndirmək , elm ilə təcrübəninxa0 vəhdətinə nail olmaq məqsədi ilə universitetdəxa0 müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası” və s. laboratoriyalar yaradılaraq müəllim və tələbələrin ixtiyarına verilib.xa0
Universitet rəhbərliyinin təhsildə əyaniliyə nail olmaq məqsədi iləxa0 İngiltərədən, Rusiyadan, Çin və s. ölkələrdən sifariş etdiyi laboratoriyalarxa0 ölkəninxa0 ali təhsil müəssisələri arasında müasirliyi ilə seçilir və dünya standartlarına cavab verir.xa0xa0
xa0
Xaricdən gətirilmişxa0 müasir avadanlıq və cihazların quraşdırılması və iş prinsipinin əməkdaşlara öyrədilməsi üçünxa0 LDU-yaxa0 ixtisaslı, peşəkarxa0 əcnəbi mütəxəssislər dəvət edilib. İlk olaraq Çin Xalq Respublikasından gəlmiş mütəxəssislərxa0 10 günxa0 müddətində universitet əməkdaşlarıxa0 üçünxa0 treninqlər keçirmiş, onları avadanlıq və cihazların iş prinsipi ilə tanış etmişlər.Avropa və Rusiyalıxa0 mütəxəssislər də bir həftəxa0 ərzində universitetəxa0 gələrək, treninqlərə start verəcəklər.
xa0Qeyd edək ki, həmin avadanlıq və cihazların əksəriyyəti kompyüter və internet şəbəkəsinə qoşulmaqla işləyəcəkdir ki, bu da alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradacaq.xa0
xa0
Göstərilən laboratoriyalarda qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı və s. tədqiq ediləcəkdir.xa0
xa0 xa0 xa0 xa0 xa0
Maraqlıxa0 yeniliklərdənxa0 biri də ərzaq xammalları və qida məhsullarının, suyun, torpağın və s. tərkibində metalların ,xa0 o cümlədən,xa0 ağır metalların miqdarının təyinidir. Rusiya Federasiyasının “Texnoanalit” Elm- istehsalat mərkəzinin (Tomsk şəhəri) istehsalı olan voltampermetrik “TA- Ekolab” analizatoru bu tədqiqatlar üçün etibarlı vasitədir. Həmin qurğu artıq universitetin “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyasına gətirilib. Yaxın vaxtlarda istehsalçı müəssisənin əməkdaşlarının iştirakı ilə müvafiq təlimlərin keçirilməsixa0 nəzərdə tutulub.
xa0 xa0 xa0 xa0 xa0
Tədris prosesində daha bir vacib məqam tədris vəsaitlərinin mövcudluğudur.Alınmış qurğu və avadanlıqların iş proseslərini öyrədilməsi istiqamətində yeni dərsliklər hazırlanır. LDU-nun professoru, texnika elmləri doktoru Mikayıl Məhərrəmovun rəhbərliyixa0 iləxa0 “Xammal və qida məhsullarının təhlükəsizliyi” adlı dərslik və eyniadlı laboratoriya praktikumu (dərs vəsaiti) bu qəbildən olan dərsliklər sırasına daxildir.xa0
xa0xa0
İki yeni – “Torpaqşünaslıq” və “Baytarlıq cərrahiyyəsi” laboratoriyalarınınxa0 quraşdırılmasıxa0 yaxın günlərdə başa çatdırılacaq.Yeni laboratoriyaların işi ilə tanış olan professor Natiq İbrahimov bütün bunların son olmadığını,xa0 universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyib.xa0

Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin