Spirtli içkilərin dəriyə təsiri ilə bağlı MİF DAĞILDI

Hazırda oxunan: Spirtli içkilərin dəriyə təsiri ilə bağlı MİF DAĞILDI

240411

Dünyada bütün ölüm hallarının təxminən 4 faizə qədərini spirtli içkidən ölüm təşkil edir. Bu isə saxta spirtli içki zəhərlənməsi və ya aludəçiliyin yaranmasından baş verir.

Mütəxəssislər hesab edirlər ki, spirtli içkilərin bəzi növündən lazımi qədər istifadə insan orqanizmində fəsad yaratmır.

Lakin çox istifadə orqanizmə, xüsusilə mədə-bağırsaq sisteminə mənfi təsir edir. Spritli içkilərin təsiri ilə bütün həzm sistemində dərin dərişiklik baş verir. Mədə onun divarlarını qoruyan muçin maddəsi ifraz etməyə başlayır. Mədədə həzm prosesi tam getmir, qidalar qatılaşır və oradan birbaşa bağırsaqlara daxil olur. 
 

Bundan başqa, alkoqol beynə də təsirsiz ötüşmür. Alkoqolun təsiri ilə beyində neyronların kütləvi ölümü baş verir.


Spirtli içkilərə aludəlik hətta erkən ölüm və əlilliyin mühüm risk faktorlarından biridir.

Spirtli içkilərin dəriyə də mənfi təsir etdiyi qeyd edilir. 

Bunu öyrənmək üçün dermatoloqa müraciət etdik.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dermatoloq Kənan Əhmədov deyib ki, spirtli içkinin dəriyə təsiri yoxdur.

O bidlirib ki, alkoqollu içkilər dəriyə heç bir mənfi təsir eləmir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin