Gədəbəydə BƏDBƏXT HADİSƏ – Sərxoş kişi həyatını itirdi

Hazırda oxunan: Gədəbəydə BƏDBƏXT HADİSƏ – Sərxoş kişi həyatını itirdi

240374

Gədəbəydə sərxoş kişi yarğana yığılaraq ölüb. Gədəbəydə 48 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib. 

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, martın 19-da Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə. Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən yarğana sürüşüb yıxılıb. O həmin yerdə ölüb. 

Ə.Əsgərovun meyiti martın 20-də tapılıb. İlkin versiyaya görə sərxoş kişinin yarğana yıxılmasının səbəbi havanın yağışlı və torpaq səthinin sürüşkən olması olub.

Ölüm faktı ilə bağlı Gədəbəy rayon prokurorluğunda araşdırmalar aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin