DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya qarşı sui-qəsdə görə daha bir nəfər SAXLANILDI

Hazırda oxunan: DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya qarşı sui-qəsdə görə daha bir nəfər SAXLANILDI

240369

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.

Bizim.Media xəbər verir ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.

O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
 

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.


Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin