Yeni tədqiqat göstərib ki, sosial-iqtisadi vəziyyəti pis olan insanlarda bioloji yaşlanma daha tez baş verir.
Bizim.Media xəbər verir ki, yaxşı sosial-iqtisadi vəziyyətə sahib insanlarda isə, ümumiyyətlə, bioloji yaşlanma əlamətləri daha az göstərilib.
İngiltərədən olan tədqiqatçılar müxtəlif xəstə qruplarını araşdıraraq, yaşlanma ilə əlaqəli məlum olan 83 xəstəliyi – məsələn, osteoporoz, katarakta və ya prostat vəzisi böyüməsini izləyərək, qan plazmasında dövr edən zülalları ölçən qan testlərini nəzərdən keçirib. Daha sonra, onlar xəstələrin sosial və iqtisadi vəziyyəti ilə bağlı məlumatları təhlil edib.
“Nature Medicine” jurnalında dərc edilən nəticələrə görə, kasıb insanların bu xəstəliklərə tutulma riski imkanlı olanlara nisbətən 20 faiz daha yüksəkdir. (saglamolun.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
01:27 / 21.03.2025
Kasıblar daha tez QOCALIR
Hazırda oxunan: Kasıblar daha tez QOCALIR
Hazırda oxunan: Kasıblar daha tez QOCALIR
240320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.