Bakıdan Biləsuvara bayram tətilinə gedən azyaşlı ağır XƏSARƏT ALDI

Hazırda oxunan: Bakıdan Biləsuvara bayram tətilinə gedən azyaşlı ağır XƏSARƏT ALDI

240316

Biləsuvar rayonunun Aşağı Cürəli kəndində bayram ziyarəti zamanı bədbəxt hadisə baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakıda yaşayan bir ailə Novruz bayramını qeyd etmək üçün doğma kəndlərinə gəlib.
 

Lakin bu zaman ailənin 6 yaşlı övladı G.N. Niyaməddin qızı ehtiyatsızlıq nəticəsində pilləkəndən yıxılaraq ağır xəsarət alıb.


Uşaq dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyat olunub. Hazırda azyaşlı reanimasiya şöbəsində həkim nəzarətindədir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin