90 yaşdan yuxarı insanlar arasında aparılan genişmiqyaslı araşdırma uzunömürlü insanların qanında metabolik fərqlər aşkar edib. Araşdırma göstərib ki, metabolik sağlamlıq və uzunömürlülük arasında əlaqə var.
Bəs uzunömürlü insanların qanında nə var?
Bizim.Media xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun epidemioloqları uzunömürlü insanların qanını tədqiq edən kütləvi araşdırma aparıblar.
Tədqiqat çərçivəsində 35 il ərzində 64-99 yaş arası 44.000 isveçlinin məlumatları araşdırılıb.
Karolinska İnstitutunun epidemioloqları 90 yaşdan yuxarı şəxslərin qanını tədqiq etməklə uzunömürlülüyün bioloji sirlərini açmağı hədəfləyiblər. İsveçlilərdən 35 il ərzində izlənilən məlumatlar müstəsna olaraq uzunömürlü fərdlər və onların daha qısa ömürlü həmyaşıdları arasında biomarker fərqlərini ortaya qoyur.
Uzunömürlü insanların qanında nə tapıldı?
Tədqiqatçı Karin Modiq “The Conversation” jurnalında yazıb ki, yüksək səviyyədə qlükoza, kreatinin, sidik turşusu və qaraciyər funksiyası olan insanların 100 yaşa çatma şansları azalıb. Modiq bildirib ki, ümumilikdə həddindən artıq aşağı və ya yüksək dəyərlər uzun ömür şansını azaldır.
Məsələn, sidik turşusu səviyyəsi ən aşağı olan qrupdakı insanların 100 yaşa çatma şansı 4 faiz olduğu halda, sidik turşusu səviyyəsi ən yüksək olan qrupun yalnız 1,5 faizinin 100 yaşına çatdığı təsbit edilib.
Uzunömürlülükdə genin rolu
“Genlər bizim taleyimiz deyil. Uzunömürlülüklə əlaqəli olan FOXO3 və APOE ε2 kimi genlər bədənin iltihab reaksiyasını cilovlayır və DNT təmir mexanizmlərini (telomerlərin qorunması kimi) işə salır. Ancaq bu genetik şans tək başına maksimum 40% təsir göstərir. Beləliklə, taleyiniz tamamilə genlərinizdən asılı deyil”,- deyə Modiq qeyd edib.
Ayşən Rəhim, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:44 / 20.03.2025
Uzunömürlülüyün SİRRİ TAPILDI – Qanda bu maddələr varsa...
Hazırda oxunan: Uzunömürlülüyün SİRRİ TAPILDI – Qanda bu maddələr varsa...
Hazırda oxunan: Uzunömürlülüyün SİRRİ TAPILDI – Qanda bu maddələr varsa...
240292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.