Ötən ilin noyabrında Astarada 6 uşaq atası olan 44 yaşlı Nazim Baxşiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsə hökm oxunub.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Astara Rayon Məhkəməsinin hökmünə əsasən, yük maşını ilə ağır qəza törətmiş 37 yaşlı Peyman Ruşanova 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinən sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi və bundan sonra 1 il 6 ay müddətə sürücülük hüququnun məhdudlaşdırılması da hökmdə qeyd edilib.
Qeyd edək ki, Nazim Baxşiyev 6 uşaq atası olub. Fəhləlik edərək ailəsini dolandıran Nazimin həyat yoldaşı 4 il bundan əvvəl xəstəlik səbəbilə ölüb. Məktəbli və azyaşlı uşaqlarına isə N. Baxşiyev özü tək baxırmış.
Məhkəmədə N.Baxşiyevin böyük oğlu onun hüquqi varisi kimi tanınıb. Mərhumun oğlu sürücüdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:45 / 20.03.2025
6 uşaq atasını maşınla vurub öldürən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: 6 uşaq atasını maşınla vurub öldürən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: 6 uşaq atasını maşınla vurub öldürən şəxsə HÖKM OXUNDU
240284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.