İnsana verilən ilk ad NƏ OLUB?

Hazırda oxunan: İnsana verilən ilk ad NƏ OLUB?

240283

İnsanlar yüz minlərlə il öncədən bir-birlərini adla çağırmağa başlayıblar. Lakin biz bu qədim adların necə səsləndiyini heç vaxt bilməyəcəyik, çünki o vaxtlar yazı yox idi.

Bizim.Media xəbər verir ki, şəxsi adların ilk qeydləri yalnız təxminən 5500 il əvvəl, Mesopotamiyadakı şumerlərin mixi yazını icad etdikləri zaman ortaya çıxıb.

Beləliklə bəşər tarixində indiyə qədər aşkarlanmış ilk ad eramızdan əvvəl 3100-cü ilə aid olan gil lövhələrindən birində yazılmışdı. Alimlər ən qədim adı cəmi 8x8 santimetr olan kiçik gil lövhənin üzərində aşkarlayıblar.

Lövhənin sol küncündə mixi işarələrlə Ku-şim yazılıb. Elə bəşər tarixində bilinən ilk adın da Ku-şim olduğu güman edilir.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin