Gəncədə 7 yaşlı uşağın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Gəncədə 7 yaşlı uşağın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

240248

Gəncədə 7 yaşlı uşağın ölüm səbəbi bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

“19.03.2025-cil tarixində saat 23:00 radələrində 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Qaytarılmış qidanın və südün aspirasiyası, ağciyər və ürək çatışmazlığı, dəqiqləşdirilməmiş aplastik anemiya diaqnozları təyin edilən və serebral ifliclə yanaşı digər xəstəlikləri olan pasiyentin göstərilən reanimasiya tədbirlərinə baxmayaraq saat 03:20 radələrində ölüm faktı qeydə alınıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 7 yaşlı Ə.A. serebral iflic xəstəliyindən əziyyət çəkirmiş.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin