Qırmızı şərab xərçəngdən QORUYUR?

Hazırda oxunan: Qırmızı şərab xərçəngdən QORUYUR?

240241

Qırmızı şərabın tərkibində yüksək miqdarda antiinflamatuar antioksidant resveratrol olduğu nəzərə alaraq, onun xərçəngdən qorunma təmin etdiyi düşünülür. Bununla belə, qırmızı şərabın xərçəng riskini azaltdığına dair heç bir aydın sübut yoxdur.

Bizim.Media “Nutrients” jurnalında yer alan məqaləyə istinadən xəbər verir ki, bu barədə alimlər araşdırma aparıb.

"Biz qırmızı şərabın ağ şərabdan daha faydalı olub-olmadığını qiymətləndirmək üçün hərtərəfli meta-analiz apardıq. Nəticələr qırmızı və ağ şərab arasında xərçəng riski baxımından əhəmiyyətli bir fərq göstərmədi”,- alimlər qeyd edib.

Tədqiqatçılar deyirlər ki, qırmızı şərabın tərkibində olan resveratrol orqanizm tərəfindən tez sorulduğu üçün xərçənglə mübarizədə kömək edə bilməz.

"Qırmızı şərabda resveratrolun konsentrasiyası ağ şərabdan daha yüksək olsa da, tədqiqatlar göstərib ki, resveratrol sürətlə metabolizə olunur, onun təxminən 75%-i nəcis və sidiklə xaric olur. Ağ şərab içmək isə qırmızı şərabla müqayisədə dəri xərçənginə tutulma riskini 22% artırır”,- tədqiqatda deyilir.

Elm adamları qeyd ediblər ki, spirt, xüsusən də spirtli içkilərin tərkibində olan etanol orqanizm tərəfindən DNT və zülallara zərər verən birləşmələrə parçalanır və xərçəng riskini artırır.

Alimlərin fikrincə, 2020-ci ildə həddindən artıq spirt istehlakı dünyada 740 000-dən çox insanın xərçəngə tutulmasına səbəb olub. Bu da bütün xərçəng xəstələrinin 4%-ni təşkil edir.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin