Şimal bölgəsində Novruz qarı – FOTO/VİDEO

Hazırda oxunan: Şimal bölgəsində Novruz qarı – FOTO/VİDEO

240231

Şimal rayonlarının dağlıq ərazilərində bu gün səhər Novruz qarı müşahidə edilib. Belə ki, Qubanın Qrız, Xaltan, Xınalıq və Qusarın Ləzə, Yasab kəndlərinə qar yağıb.

Qubadakı Şimal-Şərq Hidrometerologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, yaşayış məntəqələrinə 2-4 sm hündürlüyündə qar düşüb. Xınalıq məntəqəsi ərazisində -5 dərəcə şaxta qeydə alınıb.









 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin