Bölgələrə getmək istəyənlərə MÜRACİƏT– VİDEO

Hazırda oxunan: Bölgələrə getmək istəyənlərə MÜRACİƏT– VİDEO

240230

Daxili İşlər Nazirliyi bayram günlərində şəhər və rayonlarımıza səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib.

Müraciətdə deyilir:

"Əziz hərəkət iştirakçıları!

Novruz bayramı günlərində bölgələrimizə - şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır. Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.

İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək.

Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq.

Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin