Son zamanlarda AQTA tərəfindən bir çox restoranların işində nöqsanlar aşkarlandığı üçün fəaliyyətləri məhdudlaşdırılıb. Qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu restoranların bağlanmasına əsas səbəblərdəndir.
Bizim.Media son vaxtlar nöqsanlar aşkarlanan və fəaliyyəti məhdudlaşdırılan restoranların siyahısını təqdim edir.
Sarı Qaya
Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus “Sarı Qaya” ictimai iaşə obyektində iki gün əvvəl AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Restoranın fəaliyyəti məhdudlaşdırılıb.
Top Qapı
Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” restoranında da yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
Vətən
Fəaliyyəti məhdudlaşdırılan daha bir restoran isə Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranıdır. AQTA əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub.
Otdıx
Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus “Otdıx” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Xarı Bülbül
Bakının Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında aparılan yoxlamalar zamanı isə mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib. Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:03 / 19.03.2025
AQTA-nın son günlərdə fəaliyyətini məhdudlaşdırdığı məşhur restoranlar – “Vətən”, “Top Qapı”…
Hazırda oxunan: AQTA-nın son günlərdə fəaliyyətini məhdudlaşdırdığı məşhur restoranlar – “Vətən”, “Top Qapı”…
Hazırda oxunan: AQTA-nın son günlərdə fəaliyyətini məhdudlaşdırdığı məşhur restoranlar – “Vətən”, “Top Qapı”…
240150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.