SON DƏQİQƏ! Hərbçilərimiz qar uçqununa düşdülər

Hazırda oxunan: SON DƏQİQƏ! Hərbçilərimiz qar uçqununa düşdülər

240137

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib.

Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin