Gəncədə oğlan naməlum şəraitdə bıçaqlandı

Hazırda oxunan: Gəncədə oğlan naməlum şəraitdə bıçaqlandı

240133

Gəncədə 26 yaşlı oğlan bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanalardan birinə çatdırılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü Z.Rzayev həmin xəstəxananın yaxınlığında kürəyindən bıçaqlanıb.

Zərərçəkən dərhal əməliyyata götürülüb, vəziyyətinin stabil olduğu bildirilir. Onun kim tərəfdən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin