Birinci Qarabağ müharibəsində itkin düşən Daşqın Behbudov Göyçayda dəfn edildi – FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsində itkin düşən Daşqın Behbudov Göyçayda dəfn edildi – FOTO

240116

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan  Behbudov Daşqın  Nəsrəddin  oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Beyləqan rayonunda “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu. 

Bizim.Media-nın Aran bürosu  xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Mırtı kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi  Mırtı kənd qəbiristanlığında  torpağa tapşırılıb, dualar oxunub.  Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. 

Qeyd edək ki, Behbudov  Daşqın  Nəsrəddin  oğlu 1994-cü ildə Füzuli rayonunun  Şükürbəyli kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.   










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin