Bu gün qısaldılmış iş GÜNÜDÜR

Hazırda oxunan: Bu gün qısaldılmış iş GÜNÜDÜR

240110

Bu gün Azərbaycanda qısaldılmış iş günüdür.

Bizim.Media xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
 

Beləliklə, 19 mart tarixində iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalıdır.


Qeyd edək ki, 20-24 mart tarixlərində Novruz bayramı, 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 27 və 28 mart iş günləri 10 mart və 1 aprel tarixlərinə dəyişdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin