Qız qaçırma el adətidir, yoxsa adam oğurluğu? – VİDEOSORĞU

Hazırda oxunan: Qız qaçırma el adətidir, yoxsa adam oğurluğu? – VİDEOSORĞU

240106

Qızqaçırma - daha çox şərq mentalitetindən irəli gələn bu ənənə Azərbaycanın bəzi bölgələrində ta qədimdən mövcuddur. Bu gün bir sıra bölgələrdə elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verirlər.
 

“Dəli Kür”, “Babamızın babasının babası”, “ Bəyin oğurlanması”, “Yuxu” və digər filimlərimizdə qızqaçırma səhnələrimizin də yer alması təsadüfü deyil.


Qızqaçırma cəmiyyətimiz üçün adi hal olsa da, son dövrlərdə bu məsələyə münasibət xeyli dəyişib.

Bəzi  regionlardakı adət-ənənəyə görə qızı zorla qaçırılan ailə milli mentaliteti nəzərə alaraq hüquq-mühafizə orqanlarına şikayət etməz. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşər. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir.

Bizim.Media paytaxt  sakinlərinin  mövzu ilə bağlı fikrlərini öyrənib:



Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin