Falçı və astroloqlara PİS XƏBƏR: Vergi ödəyəcəklər

Hazırda oxunan: Falçı və astroloqlara PİS XƏBƏR: Vergi ödəyəcəklər

240095

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi əsasən sosial mediada fal, astrologiya və ulduz xəritəsi kimi bir çox sahədə xidmət göstərənlərə qarşı tədbir görüb.

Bizim.Media xəbər verir ki, yeni qaydalara görə, artıq bu şəxslər də qazanclarına görə vergi ödəyəcəklər.
 

Həmin şəxslərin üzbəüz, telefon və sms vasitəsilə xidmət göstərdikləri hər seans üçün ödəniş aldıqları müəyyən edilib.


Artan fəaliyyətlər və 1,8 milyard lirə qeydiyyatsız gəlirin aşkarlanmasından sonra nazirlik hərəkətə keçib.

Həmçinin, Xəzinə və Maliyyə Nazirliyinin qeydiyatda olmayan bütün gəlirlərə qarşı mübarizəni davam etdirdiyi bildirilib. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin