İstanbulda bu tədbirlər QADAĞAN EDİLDİ - SƏBƏB

Hazırda oxunan: İstanbulda bu tədbirlər QADAĞAN EDİLDİ - SƏBƏB

240081

İstanbulda dörd gün ərzində istənilən formada yığıncaq, nümayiş və mətbuata açıqlamalar qadağan edilib.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar verib.

Bildirilib ki, şəhərdə bu gündən başlayaraq martın 23-nə qədər tədbirlərin qadağan edilməsində məqsəd ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınmasıdır.

Xatırladaq ki, bu gün İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb. Bununla yanaşı, bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin