Xankəndidə İlaxır çərşənbə QEYD OLUNDU - FOTO

Hazırda oxunan: Xankəndidə İlaxır çərşənbə QEYD OLUNDU - FOTO

240025

Xalqımızın qədim bayramlarından olan Novruzun gəlişi Xankəndi şəhərində bayram abu-havası ilə qeyd olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert keçirilib. 

Konsert şənliyində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər, mətbuat nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə meydan ərazisində Xankəndidə hazırlanan Novruz atributları, milli ornamentlərlə bəzədilmiş şirniyyatlarla və əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olublar. Bayram təbrikləri səsləndirilib. 

Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız qədim Novruz bayramını müstəqil, suveren, işğaldan azad olunmuş Azərbaycanın dörd bir yanında böyük qürur və ruh yüksəkliyi ilə qeyd edir.
 

Artıq 5-ci ildir ki, Prezident bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayır. Prezident 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində, bu gün - 2025-ci il mart ayının 18-də isə Ağdərə rayonunun  Həsənriz kəndində bayram tonqalını qalayıb. Bu, böyük xoşbəxtlikdir. 


Novruz torpağın oyanması, ruhun təzələnməsi, həm də milli birlik bayramıdır. Böyük qürur hissi ilə deyə bilərik ki, özünün ən şanlı tarixini yaşayan  müasir, suveren Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

Bayram tədbirində Zəfər meydanında Novruz tonqalı alovlandırılıb. 








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin