“Biz Azərbaycanı neft ölkəsi kimi, bal ölkəsinə də çevirməliyik...”

Hazırda oxunan: “Biz Azərbaycanı neft ölkəsi kimi, bal ölkəsinə də çevirməliyik...”

240024
Bu gün Azərbaycan Arıçılıq Asossasiyasının sədri və asossasiyanın yaradıclarından biri olan Bədrəddin Həsrətovun doğum günüdür. B.Həsrətov 1964-cü ilin bü günü Qax rayonunun Sarıbaş kəndində anadan olub.xa0

Doğum günü münasibəti ilə Moderator.az-a danışan B.Həsrətov ən böyük arzusunun Azərbaycanda arıçılığın inkişafı olduğunu bildirib:

“Təbrikiniz üçün çox sağ olun, amma inanın ki, doğum günüm heç yadıma da düşmür. Belə gündə arzum ancaq Azərbaycanda arıçılığın inkişafı ola bilər.xa0

B.Həsrətov Arıçılıq Asossasiyasının yaranmasından da danışıb:

“2015-ci ildə biz bu addımı atdıq və 2016-cı ilin fevral ayında təsis etdik. Bu mənim öz ideyam idi və asossasiyanın sədri seçildim. Azərbaycanda arıçılığı inkişaf etdirmək üçün çox çalışmaq lazımdır. Biz Azərbaycanı neft ölkəsi kimi, bal ölkəsinə də çevirməliyik. Azərbaycanı nefti ilə tanıdıqları kimi, balıyla da tanımalıdırlar. Bizim çox gözəl ballarımız var. Xaricdə bal araşdırması ilə bağlı səfərlərdə olanda görürəm ki, onlarda da məşhur ballar var və onlar da xüsusi qiymətə satılır. Mən istəyirəm ki, bizim Azərbaycan balı da belə tanınsın və onu xaricə biz də xüsusi qiymətə sataq. Eyni zamanda biz Azərbaycanı həm də bal idxal eləyən ölkədən, ixrac edən ölkəyə çevirməliyik. Bu il biz Dünya Arıçılar Asossasiyasının üzvü olacağıq”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin